Zooparkda 3 yaşlı uşaq timsahların hücumuna məruz qalıb.
Hadisə İngiltərənin Cambridgeshire rayonundakı zooparkların birində olub.
Üç yaşlı uşaq timasahların saxlanıldığı yerə düşüb.
Zoopark işçilərinin köməyi ilə ordan çıxarılsa da həmin vaxta qədər timsahlar tərəfindən ağır yaralanıb.
Xəstəxanaya aparılan uşaq həkimlərin səyi ilə xilas olub.