‘’Fənərbaxça’’ ilə razılaşma əldə etdiyi bildirilən Matteo Qenduzi  İstabula gəlmək üçün yola düşüb.

Postxronika.az bildirir ki, bu barədə klub rəsmi paylaşım edib.

‘’Fənərbaxça’’nın açıqlamasında bildirilb ki, Fransalı futbolçu ilə danışıqlar davam edir, transfer danışıqlarını irəlilətmək və tibbi müayinələri həyata keçirmək üçün futbolçu istanbula dəvət edilib.

Qeyd edək ki,  Qenduzi ‘’Latsio’’ forması ilə  bu mövsüm 16 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.