Yalovada Topçular limanından Eskihisara getmək üçün yola çıxan İDO-ya məxsus avtomobilli bərə şiddətli fırtına səbəbindən dənizin ortasında çarəsiz qalıb.
Postxronika.az xəbər verir ki, göyərtəsində onlarla nəqliyyat vasitəsi və yüzlərlə sərnişin olan gəmi güclü küləyin təsirindən Kocaeli istiqamətinə sürüklənib. Təxminən iki saat boyunca dalğalarla mübarizə aparan bərə irəliləyə bilmədiyi üçün yenidən Topçular körpüsünə qayıtmaq məcburiyyətində qalıb.
Hadisə zamanı kapitan sərnişinləri tez-tez təmkinli olmağa çağırıb və xoşbəxtlikdən gəmidəki insanlar təhlükəsiz şəkildə təxliyə ediliblər.
Hava şəraitinin pisləşməsi ilə əlaqədar Yalova Valiliyi motosiklet, elektrikli skuter və kuryerlərin hərəkətinə müvəqqəti qadağa qoyub. Hazırda bölgədə olumsuz hava dalğası davam etdiyi üçün nəqliyyatın hərəkətində ciddi məhdudiyyətlər tətbiq olunur.