Slovakiyanın Baş naziri Robert Fiko Avropa Şurasının iclasından sonra jurnalistlərə verdiyi açıqlamada Avropa Birliyinin Rusiya ilə diplomatik əlaqə kanalına təcili ehtiyacı olduğunu bildirib.
Postxronika.az TAAS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, AB ilə Rusiya arasında daimi əlaqə kanalı, məsələn, PUA-ların icmanın hava sərhədlərini qəsdən pozması kimi hadisələr baş verdikdə gərginliyin artmasının qarşısını almağa kömək edəcək.
"Rusiya ilə ünsiyyət kanalı məcburidir. Bu vacibdir. Mən bu məsələdə Avropa Şurasının prezidentini dəstəkləyirəm. Bu addımla o, Aİ-ni Rusiya ilə danışıqlaradoğru aparır", - deyə Baş nazir bildirib. O, təkrarlayıb ki, Slovakiya Ukraynadakı münaqişənin tezliklə sona çatmasının tərəfdarıdır və buna hər cür töhfə verməyə hazırdır.