Yeraltı sularının nəzarətsiz istifadəsi səbəbindən İzmir şəhəri ciddi çökmə riski ilə üz-üzədir. 


Postxronika.az xəbər verir ki, mütəxəssislər lazımi tədbirlər görülməzsə, 50 il ərzində dəniz suyunun tarixi Basmane səmtinə qədər irəliləyəcəyi barədə xəbərdarlıq ediblər. 


Professor Doğan Yaşarın sözlərinə görə, bölgədəki su quyularının dərinliyinin 1200 metrə çatması torpağın altını boşaldaraq şəhərin fiziki strukturunu zəiflədir.


Hazırda İzmirdə istifadə olunan suyun təxminən 80%-i yeraltı mənbələrdən təmin edilir ki, bu da ekoloji böhranı daha da dərinləşdirir. Şəhərdəki su itkisi səviyyəsinin 35% civarında qalması və çay yataqlarının betonlanması təbii bərpa prosesinə mane olur. 


Ekspertlər yerli hakimiyyəti su qənaəti və körfəzin təmizlənməsi istiqamətində təcili addımlar atmağa çağırırlar. Əks halda, İzmirin bir hissəsinin yaxın gələcəkdə suyun altında qalması qaçılmaz hesab edilir.