ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığında yerləşən Endryus hərbi bazasındakı çıxışı zamanı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı önəmli mesajlar verib. Dövlət başçısı rəsmi Vaşinqtonun bu qanlı toqquşmaya tezliklə xitam vermək istədiyini və sülhə nail olmaq üçün qətiyyətli olduğunu vurğulayıb.

​Postxronika.az xəbər verir ki, Amerika lideri müharibənin dayandırılması prosesinin əvvəlcə düşünüldüyündən daha mürəkkəb xarakter aldığını etiraf edib. Lakin o, yaranmış bütün çətinliklərə baxmayaraq, iki ölkə arasında barışığın əldə ediləcəyinə inandığını və bu məqsədə mütləq çatacaqlarını xüsusi qeyd edib.