Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Postxronika.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.


Belə ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı, 10-TG-815 dövlət qeydiyyat nişanlı avtobus piyadanın üstündən keçib.


Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.