ABŞ və İran nümayəndə heyətləri İsveçrədə keçirilən danışıqların ilk mərhələsini başa çatdırıblar. Tərəflər arasında gərgin məqamların olmasına baxmayaraq, görüşlərin konstruktiv keçdiyi və texniki müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunduğu bildirilir.
Postxronika.az xəbər verir ki, danışıqlarda İranın nüvə proqramı, sanksiyaların yumşaldılması və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdən sonra tərəflər növbəti mərhələdə texniki ekspertlər səviyyəsində müzakirələrin davam etdiriləcəyini açıqlayıblar.