İqtisadi ekspert Eldəniz Əmirov Trampın Venesuelaya səfəri fonunda neft qiymətlərində müşahidə olunan dəyişikliklər və bunun Azərbaycana mümkün təsirləri ilə bağlı PostXronika.az-a açıqlama verib.


Ekspert bildirib ki, hazırkı vəziyyətdə Venesuela neftinin bazarlara kəskin təsir edəcəyi gözlənilmir. Onun sözlərinə görə, mövcud təsirlər daha çox proqnoz göstəricilərindən irəli gəlir və ciddi, davamlı qiymət azalması gözlənilən deyil.


“2027-ci ildən etibarən müəyyən qədər qiymət enişləri müşahidə oluna bilər. Bu isə Venesuelanın bazara çıxardığı neft həcminin artması ehtimalı ilə bağlıdır. Lakin bu proses ABŞ-nin Venesuelaya yatıracağı investisiyalardan və ABŞ şirkətlərinin ölkədəki fəaliyyətindən asılı olacaq.”


Ekspert vurğulayıb ki, hazırda Venesuelada neft infrastrukturunun bərbad vəziyyətdə olması gözləntiləri azaldır.


Devalvasiyanın Azərbaycana təsiri necə olacaq?

2026-cı ilin mövcud vəziyyəti və dövlət büdcəsi nəzərə alındıqda devalvasiya gözləntiləri minimuma enir.Qərarlar  qəfil verilə bilər və dəqiq proqnoz vermək mümkün deyil, lakin iqtisadiyyatçı subyektiv fikrinə əsasən 2026-cı ildə devalvasiya riskini yüksək hesab etmir.


Nigar Əkbərova