Kreml Ukraynanı Rusiyanın yaxın müttəfiqi olan Belarusun suverenliyini təhdid etməkdə ittiham edir.

Postxronika.az Reuters agentliyinə istinadla xəbər verir ki, Kreml bazar ertəsi Ukraynanı Rusiyanın yaxın müttəfiqi olan Belarusun suverenliyini təhdid etməkdə ittiham edib. Buna səbəb Kiyevin Minskə bir həftə vaxt verərək, Rusiyanın hücumlarını istiqamətləndirmək üçün istifadə edildiyini bildirdiyi siqnal ötürücü stansiyaların sökülməsini tələb etməsi olub.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü bildirib ki, Belarus lideri Aleksandr Lukaşenko üçün həmin avadanlığın sökülməsi üçün bir həftə kifayət etməlidir. Zelenskinin sözlərinə görə, Rusiya bu avadanlıqdan Ukraynaya qarşı hücumlarında istifadə edir. O əlavə edib ki, Lukaşenko bunu etməyəcəyi təqdirdə Ukrayna müəyyən addımlar ata bilər.