"Fənərbaxça" yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir və bu çərçivədə “Milan”ın futbolçusu Kristofer Nkunku ilə bağlı danışıqlara başlayıb. Türkiyə təmsilçisinin bu istiqamətdə atdığı addımlar İtaliya klubunda mümkün ayrılıq ssenarisinin ciddi şəkildə nəzərdən keçirilməsinə səbəb olub.

Postxronika.az xəbər verir ki, “Milan” rəhbərliyi Nkunku komandanı tərk edərsə, hücum xəttində yaranacaq boşluğu doldurmaq üçün əsas namizəd kimi “Qalatasaray”ın argentinalı qolçusu Mauro İkardini müəyyənləşdirib. Klubun transfer siyahısında İkardinin ilk sırada yer aldığı və onun təcrübəsi ilə hücum xəttinə dərhal töhfə verə biləcəyi vurğulanır. Eyni zamanda “Əl-Hilal”ın futbolçusu Darvin Nunyes də alternativlər arasında göstərilir, lakin onun yüksək transfer dəyəri bu variantı çətinləşdirir. Siyahıda daha münasib variantlar kimi Jan-Filipp Mateta, Sidiki Şerif və Covanne kimi hücumçuların adları da qeyd olunur.