ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda hakimiyyət nümayəndələri etirazçıların öldürülməsinə başlasa, Vaşinqton buna qarşı “güclü zərbə” endirə bilər.
Postxronika.az xəbər verir ki, Tramp vurğulayıb ki, ABŞ etirazların gedişatını yaxından izləyir.
Veriliş aparıcısının “nizam-intizamsızlıq zamanı artıq onlarla insan həlak olub” söyləməsinə cavab olaraq, Tramp bəzi ölüm halları ilə izdihamın idarə olunmasındakı problemlərin və sıxlığın bağlı ola biləcəyini qeyd edib.