ABŞ administrasiyası Türkiyəyə təxminən 700 milyon dollar dəyərində döyüş təyyarələri üçün mühərrik satışını davam etdirmək niyyətindədir. Satış layihəsi bəzi amerikalı qanunvericilərin etirazlarına baxmayaraq gündəmdə saxlanılıb və iki ölkə arasında müdafiə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur.
Postxronika.az Reuters'ə istinadən xəbər verir ki, sövdələşmə təsdiqlənərsə, Türkiyənin hərbi aviasiya imkanlarının gücləndirilməsi üçün mühüm rol oynayacaq. ABŞ rəsmiləri satışın NATO çərçivəsində müttəfiqlik münasibətlərinə uyğun olduğunu bildirirlər.
Zülfiyyə Məmmədova