Avropa təhlükəsizlik mənbələri Rusiyanın Baltikyanı ölkələr və ya Polşa istiqamətində mümkün təxribat ssenarilərini nəzərdən keçirdiyini iddia ediblər. Məlumata görə, məqsəd NATO-nun birlik və operativ reaksiyasını sınaqdan keçirmək ola bilər.
Postxronika.az The Guardian'a istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi təsdiq verilməsə də, bir sıra Avropa ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib. Analitiklər regionda gərginliyin artmasının Avropanın müdafiə siyasətinə əlavə təsir göstərə biləcəyini bildirirlər.
Zülfiyyə Məmmədova