Süni intellekt sahəsinin aparıcı şirkətlərindən biri olan OpenAI səhmlərini birjada yerləşdirmək planını təxirə salmağı nəzərdən keçirir. Məlumata görə, şirkət bazar şəraitini və uzunmüddətli inkişaf strategiyasını qiymətləndirmək üçün daha çox vaxta ehtiyac duyur.
Postxronika.az The New York Times'a istinadən xəbər verir ki, şirkətin ilkin kütləvi səhm təklifi (IPO) ilə bağlı qərarın gələn il qəbul ediləcəyi gözlənilir. Ekspertlər hesab edirlər ki, bu addım OpenAI-yə süni intellekt texnologiyalarının inkişafına daha çox diqqət ayırmağa imkan verəcək.
Zülfiyyə Məmmədova