İranda qlobal şəbəkəyə çıxış kütləvi şəkildə məhdudlaşdırılıb və "NetBlocks" monitorinq qrupu canlı datalara əsaslanaraq internet trafikinin çökdüyünü təsdiqləyib. Təşkilat bu barədə "X" platformasındakı rəsmi hesabatında məlumat paylaşıb.

Postxronika.az xəbər verir ki, qurum mövcud vəziyyəti etirazları yatırmağa yönəlmiş senzura tədbiri adlandırıb və əhalinin kritik anlarda xəbərləşmə imkanlarının əlindən alındığını bəyan edib.

Xatırladaq ki, iqtisadi tənəzzülə qarşı 12 gündür davam edən aksiyalar fonunda bir çox bölgələrdə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalar yaşanır.