Cənubi Koreyanın texnologiya nəhəngi Samsung ölkənin yarımkeçirici sənayesinin inkişafı üçün irimiqyaslı investisiya proqramı hazırlayır. Layihə çərçivəsində yeni çip istehsalı müəssisələrinin yaradılması və texnoloji infrastrukturun genişləndirilməsi planlaşdırılır.

Postxronika.az Reuters'ə istinadən xəbər verir ki, proqramın ümumi dəyərinin yüz milyardlarla dollar olacağı bildirilir. Şirkət bu addımla qlobal yarımkeçirici bazarında lider mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.