Türkiyənin tanınmış teatr və kino aktyoru, Yeşilçamın əfsanəvi ulduzlarından olan Kadir İnanır dünyasını dəyişib.
Postxronika.az Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, usta aktyor müalicə aldığı xəstəxanada həyatını itirib.
Məlumata görə, bir müddətdir səhhətində yaranan ciddi problemlərlə mübarizə aparan aktyorun ölümünə səbəb pnevmoniya xəstəliyi olub. Xəstəxanada reanimasiya şəraitində müalicə alan İnanırın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun vəfatı ilə bağlı kədərli xəbəri onun həyat yoldaşı Jülide Kural ictimaiyyətə təsdiqləyib.
Qeyd edək ki, onlarla unudulmaz filmə imza atan Kadir İnanır Türkiyə kinosu tarixinin ən mühüm simalarından biri hesab olunurdu.