Türkiyə Rusiya ilə Ukrayna arasındakı müharibənin dialoq yolu və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə yekunlaşmasını istəyir.

Postxronika.az xəbər verir ki, bu barədə qardaş ölkənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bəyanat verib. Hazırda diplomatik prosesdə durğunluğun yaşandığını bildirən nazir, tərəflərin yalnız hərbi uğura köklənməsinin münaqişəni daha da alovlandırdığını vurğulayıb. O, problemdən yeganə çıxış yolunun danışıqların bərpası olduğunu diqqətə çatdırıb.

H.Fidan rəsmi Ankaranın sülhün təmin edilməsi üçün növbəti dəfə vasitəçilik missiyasını üzərinə götürməyə hazır olduğunu qeyd edib. Diplomat hər iki dövlətin nümayəndə heyətlərini yenidən Türkiyədəki müzakirə masası arxasında bir araya gəlməyə çağırıb.