İran İslam Respublikası Hörmüz boğazında hərəkət edən gəmilərə azı dörd kamikadze dronu ilə hücum edib.

Postxronika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” platformasında məlumat paylaşıb. Ağ Ev rəhbərinin sözlərinə görə, pilotsuz uçuş aparatlarından biri irihəcmli və bahalı yük daşıyan gəminin göyərtəsinə ziyan vursa da, xəsarət alan xətt üzrə hərəkətini davam etdirə bilib. Digər üç zərbə aparatı isə Amerika hərbçiləri tərəfindən havada məhv edilib. Donald Tramp baş verən hadisəni rəsmi Tehranla mövcud olan atəşkəs sazişinin ağılsızcasına pozulması kimi qiymətləndirib.