Fransa Super Kubokunun finalında ‘’PSJ’’ və ‘’Marsel’’ üz-üzə gəlib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib.
Paris derbisinin qalibi penaltilər seriyasında 4:1 üstünlüklə ‘’PSJ’’ olub.
Luis Enrikenin komandası Usman Dembelenin 13-cü dəqiqədə vurduğu qolla fasiləyə üstün yollanıb.
Meyson Qrinvud 76-cı dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib.
Vilian Paçonun 87-ci dəqiqədə avtoqola imza atması ilə ‘’Marsel’’ üstünlüyə yiyələnib.
‘’PSJ’’ məğlubiyyətlə barışmayıb, Qonsalo Ramosun 5-ci uzatma dəqiqəsində topu tora qovuşdurması ilə hesab yenidən bərabərləşib.
Penaltilər seriyasında ‘’PSJ’’ 4:1 hesabı ilə qalib gələrək kubokun sahibi olub.
Ayaz Zeynalzadə