Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi İspaniya Super Kubokunun yarımfinal mərhələsində prinsipsial Madrid derbisi baş tutub.

"Real" və "Atletiko" komandalarının üz-üzə gəldiyi gərgin qarşılaşma "Kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna sürətli başlayan Xabi Alansonun yetirmələri artıq 2-ci dəqiqədə Federiko Valverdenin dəqiq zərbəsi ilə hesabda önə keçiblər. İkinci hissədə Rodriqo fərqi iki topa çatdırsa da, cəmi 3 dəqiqə sonra "Atletiko"nun hücumçusu Aleksandr Sörlot buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bu qol "matrasçılar"ı məğlubiyyətdən xilas etməyə yetməyib və "Real" finalda əzəli rəqibi "Barselona" ilə qarşılaşmaq hüququ qazanıb.