Qışda qapalı məkanlarda daha çox vaxt keçirmək, infeksiyalarının artması, immunitetin zəifləməsi xəstəliklərə yol açır.
Postxronika.az xəbər verir ki, xəstələnmək istəməyənlər isə öncədən özlərini qorumaq üçün qidalanmalarına, xüsusilə tez-tez maye qəbul etməyə, şorba içməyə diqqət yetirməlidirlər.
Şorbaya əlavə ediləcək cəmi bir qaşıq limon və sarımsaq qarışımı həm C vitamini dəstəyi verir, həm də təbii antibiotik təsiri ilə orqanizmin xəstəliklərə qarşı qorunmasına kömək edir.
Ləzzətlə yanaşı, həmçinin şəfalı olan bu qarışım xəstəliklərə qarşı qalxan rolunu oynayır.