ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin ölkəni tərk etməyə hazırlaşdığını bəyan edib.

Postxronika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. Tramp Xameneinin Rusiyaya sığınmaq istəməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən məsələyə aydınlıq gətirib. O, dini liderin konkret hara üz tutacağını dəqiqləşdirməsə də, "o, harasa getməyi planlaşdırır" ifadəsini işlədib. Qeyd edək ki, bu açıqlama İrandakı mövcud gərginlik fonunda beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub.