Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın onun ölkəsinə qarşı hərbi əməliyyatlara başlamaq riskini "real təhlükə" kimi qiymətləndirib.

Postxronika.az xəbər verir ki, dövlət başçısı bu barədə BBC-yə müsahibəsində danışaraq, Vaşinqtonu digər dövlətlərə öz imperiyasının bir parçası kimi yanaşmaqda ittiham edib.

Trampın Venesuela hadisələrindən sonra Kolumbiyanı hədəf alması fonunda səslənən bu fikirlər iki ölkə arasındakı gərginliyi daha da dərinləşdirib. Ağ Ev rəhbərinin təhdidlərinə cavab verən Petro, həmçinin ABŞ-ın miqrasiya agentlərini sərt tənqid edərək, onların fəaliyyətini "nasist briqadaları"na bənzədib. Liderlər arasında telefon danışığı baş tutsa da, Kolumbiya rəhbərinin sərt tonu münasibətlərin hələ də normallaşmadığından xəbər verir. Prezident mümkün işğal cəhdinə qarşı müasir hava hücumundan müdafiə sistemləri ilə deyil, xalqın iradəsi və ölkənin çətin coğrafi relyefi hesabına müqavimət göstərəcəklərini bəyan edib.