Suriya Müdafiə Nazirliyi bir neçə gün davam edən qanlı döyüşlərdən sonra Aləppoda atəşkəs elan edib. Döyüşlər Suriya mərkəzi hökumətinin ordusu ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələri arasında baş vermişdi.
Postxronika.az xəbər verir ki, üç gün ərzində baş verən toqquşmalarda ən azı 21 nəfər həlak olub, minlərlə sakin isə evlərini tərk etməyə məcbur olub.
Dəməşq hökuməti kürd silahlı qruplarına Aləpponun bəzi rayonlarından çıxmaları üçün bir neçə saat vaxt verildiyini açıqlayıb. Kürd tərəfi isə hələ bu açıqlamaya münasibət bildirməyib.