ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına verdiyi müsahibədə bir sıra mühüm açıqlamalar edib. O, Venesuela, Küba, Rusiya, İran və Ukrayna ilə bağlı mövqeyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, Trampın sözlərinə görə,  Küba maliyyə və neft baxımından Venesuelaya bağlıdır və qarşılığında Venesuelaya müdafiə təmin edir. Prezident qeyd edib ki, Venesuelada ABŞ-ın bərpa işlərini təmin etmədən seçkilər keçirmək mümkün deyil. O, gələn həftə Venesuela parlamentinin keçmiş müxalif deputatı Mariya Korina Maçado ilə görüşə biləcəyini söyləyib.

Prezident həmçinin Venesuelada neft hasilatı və infrastrukturunun bərpasını planlaşdırdıqlarını, bu sahəni idarə edəcəklərini və gələcəkdə seçkiləri keçirəcəklərini açıqlayıb. Tramp 9 yanvarda Venesuelanın neft sənayesinə ən azı 100 milyard dollar investisiya qoymağı planlaşdıran böyük neft şirkətləri rəhbərliyi ilə görüşəcəyini deyib.

ABŞ hərbi vertolyot pilotlarından bir neçəsi Venesuela Prezidenti Nikolás Maduronun tutulması əməliyyatı zamanı yaralanıb. Tramp həmçinin ABŞ-nin Ukraynadakı konfliktin sülh yolu ilə həllinə yönəlmiş səyləri çərçivəsində Kiyev ilə nadir torpaq metalları üzrə razılaşma imzaladığını bildirib.

Belə ki, o, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı konflikti başa çatdırmaq istədiyinə inandığını qeyd edib. ABŞ-nin mümkün sülh sazişi çərçivəsində Ukraynaya hərbi dəstək nəzərdə tutulursa, ABŞ-nin rolu ikinci dərəcəli olacaq. Tramp əlavə edib ki, əgər konflikt uzun sürsə, ABŞ-nin  Ukraynaya yardımını artıracağına zəmanət yoxdur.