İzmirin Bornova rayonunda bir müəllim 16 yaşlı 6 qız şagirdini dərs vaxtı evinə apararaq təmizlik və əşyaların daşınması işlərinə cəlb edib.

Postxronika.az xəbər verir ki, şagirdlər gün boyu işlətdirilib, onlara yemək və nəqliyyat təmin olunmayıb, evdə siqaret və alkoqol şüşələri olub.

Qeyd edək ki, valideynlərin şikayəti əsasında müəllim vəzifədən uzaqlaşdırılıb və “insan alveri” ittihamı ilə saxlanılıb.