İranda baş verən regional gərginliklər səbəbindən Türk Hava Yolları (THY), AJet və Pegasus şirkətləri ölkəyə olan uçuşlarını müvəqqəti dayandırıb.
Postxronika.az xəbər verir ki, THY 9-10 yanvar tarixlərində Tahran, Təbriz və Meşhəd istiqamətində planlaşdırılmış 17 uçuşunu ləğv edib. AJet də eyni tarixlərdə Tahrana nəzərdə tutulan 6 uçuşunu dayandırıb.
Qeyd edək ki, sərnişinlər uçuş statuslarını izləməli və hava yollarının rəsmi məlumatlarına diqqət etməlidirlər.