İsrailin müdafiə naziri İsrael Kats işğal altındakı Qolan təpələrində və Cəbəl əş-Şeyx (Hermon dağı) bölgəsində hərbi mövcudluğun davam edəcəyini bəyan edib. 


Postxronika.az xəbər verir ki, nazir sərhədin hər iki tərəfində hər hansı təhlükəyə icazə verməyəcəklərini vurğulayıb. Rəsmi Tel-Əviv Suriya ərazisinin dərinliklərinə doğru uzanan geniş bir sahəni "təhlükəsizlik zonası" adı altında işğal altında saxlayacağını təsdiqləyib.


Katsın sözlərinə görə, yaradılan bu bufer zona İsrail yaşayış məntəqələrini radikal qruplaşmalardan və İran tərəfdarı silahlı birləşmələrdən qorumaq məqsədi daşıyır. 


Eyni zamanda nazir bölgədəki dürzi azlığının hamisi olduqlarını iddia edərək bu icmanın zərər görməsinə imkan verməyəcəklərini bildirib.Hazırda İsrailin Suriya torpaqlarındakı hərbi fəallığı bölgədə gərginliyin artmasına səbəb olur.