Qərbi Avropanı cənginə alan güclü "Goretti" qasırğası qitədə həyatı iflic edib, nəqliyyat infrastrukturuna ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində bir çox ölkələrdə dəmiryol xətləri bağlanıb və hava limanlarında uçuşlar təxirə salınıb.

Postxronika.az xəbər verir ki, "Sky News"un yaydığı məlumata əsasən, fırtına xüsusilə Böyük Britaniya və Fransada yüz minlərlə evin elektrik enerjisiz qalmasına səbəb olub. Güclü külək və qar yağışı səbəbindən məktəblərin fəaliyyəti dayandırılıb, əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib. Meteoroloqlar kəskin hava şəraitinin həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar. Xilasetmə xidmətləri gücləndirilmiş iş rejiminə keçib.