Dünya şöhrətli aktrisa Ancelina Colinin səhhətində ciddi narahatlıqlar yaranıb.

Postxronika.az xəbər verir ki, keçmiş həyat yoldaşı Bred Pittlə illərdir davam edən gərgin məhkəmə çəkişmələri aktrisanın vəziyyətinin pisləşməsinə səbəb olub.

Hüquqi müstəvidəki mübarizələrin gətirdiyi stress ulduzun sağlamlığına o qədər ağır təsir edib ki, övladları ona gecə-gündüz qulluq etmək məcburiyyətində qalıblar.

Əldə olunan məlumata görə, "Oskar" mükafatçısı 2017-ci ildən bəri vaxtının böyük hissəsini Los-Ancelesdə yerləşən, dəyəri 24.5 milyon dollar olan malikanəsində keçirir.

Aktrisanın altı övladı analarını bu çətin günlərdə tək qoymamaq barədə qərar qəbul ediblər.

Vəziyyətlə tanış olan mənbənin bildirdiyinə görə, aktrisanın səhhəti əslində təsəvvür ediləndən daha kritikdir.

Xatırladaq ki, Coli və Pitt 12 illik münasibətlərini 2024-cü ilin sonunda rəsmi boşanma ilə yekunlaşdırıblar.