Yeni il gecəsi İsveçrədə baş verən yanğınla bağlı
yeni faktlar ortaya çıxıb.
Postxronika.az xəbər verir ki,
yanan obyektin sahibi Jak Moretti şübhəli qismində dindirilib.
İsveçrə
prokurorluğu o və həyat yoldaşı Cessikanın ölkədən qaçma ehtimalının olduğunu
bildirib.
İstintaq
zamanı məlum olub ki, obyekt beş il ərzində heç bir təhlükəsizlik yoxlamasından
keçməyib
Cütlük
ehtiyatsızlıqdan adam öldürmə, bədənə xəsarət və yanğına səbəb olma maddələri
ilə saxlanılıb.
Adı
çəkilən şəxsələr İsveçrə qanununvericiliyinə əsasən məhkəmə qərarına qədər 48
saat nəzarət altında tutulacaq.
Qeyd
edək ki, "Le Constellation" barındakı yanğın zamanı 116 nəfər xəsarət
almışdı.