İranın ali lideri rəsmilərin etirazlara qarşı "geri çəkilməyəcəyini” bildirib.

Postxronika.az xəbər verir ki, bu addım ölkədə internetin kəsilməsinə, etirazların intensivləşməsinə səbəb olub.

Son günlərdə ölkənin şəhər və qəsəbələrində keçirilən etirazlar 2022-ci ildəki aksiyadan bəri zəifləyən rejimin nüfuzuna təhlükə yaradıb.  

Ayətullah Əli Xamnei etirazçıları "vandallar" və "təxribatçılar" adlandırıb. Onları xarici maraqlara aldanmaqda təqsirləndirib.

Xamnei “başqa bir ölkənin prezidentini sevindirmək üçün öz küçələrini məhv edirlər” ifadəsi ilə Donald Trampı işarə edib.

Qeyd edək ki, cümə axşamı etirazların növbəti dalğası gözlənilir.