Ukraynanın Dnepropetrovsk vilayətinə endirilən gecə zərbələri nəticəsində 130 min abonent elektriksiz qalıb.

Postxronika.az xəbər verir ki, Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul hücumlar səbəbindən şəhərin bir hissəsində infrastruktur obyektlərinin zədələndiyini bildirib. Hazırda Saksaqan və Pokrovski rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kommunal xidmətlərin davamlılığını təmin etmək üçün qazanxana və su nasosları generator rejimində işləyir. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Ümumilikdə regionda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.