ABŞ Prezidenti Donald Tramp iri neft şirkətlərinin rəhbərlərini Venesuelanın enerji sektoruna irihəcmli sərmayə yatırmağa çağırıb.
Postxronika.az xəbər verir ki, Ağ Evdə baş tutan görüşdə dövlət başçısı şirkətlərdən bu ölkəyə ən azı 100 milyard dollar vəsait ayırmalarını tələb edib. Bu müraciət Nikolas Maduronun həbsi ilə nəticələnən hərbi əməliyyatdan dərhal sonraya təsadüf edir. Lakin neft maqnatları prezidentin təşəbbüsünə şübhə ilə yanaşırlar. "Exxon Mobil"in rəhbəri Darren Vuds ciddi islahatlar və dəyişikliklər olmadan Venesuelaya sərmayə qoymağın qeyri-mümkün olduğunu vurğulayıb.