Fevralın 6-8-də Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçiriləcək.
Postxronika.az "Azərtac"a istinadən xəbər verir ki, bu mötəbər turnirdə ölkəmizi milli komandanın üzvləri təmsil edəcəklər. Hazırda idmançılarımız hazırlıq məqsədilə Gürcüstanda təşkil olunan beynəlxalq yarışda qüvvələrini sınayırlar.
Baş məşqçi Anar Allahverdiyevin sözlərinə görə, Tbilisidəki mübarizə karateçilərimiz üçün qitə birinciliyi öncəsi mühüm məşq xarakteri daşıyır. Heyətin əsas hədəfi Kiprdə keçiriləcək mövsümün vacib yarışından yüksək əyarlı medallarla dönməkdir. Federasiya rəsmiləri yeniyetmələrin fiziki və psixoloji durumunun qənaətbəxş olduğunu vurğulayıblar.