Regionda hərbi gərginliyin artması və ABŞ-ın Yaxın Şərqdəki bazalarına hərbi qüvvə toplaması İran ətrafında mühasirə halqasının daraldığını göstərir. 


Postxronika.az xəbər verir ki, mütəxəssislər Vaşinqton-Tel-Əviv ittifaqının ehtimal olunan əməliyyatının hədəfində həm də Çinin "Bir kəmər, bir yol" layihəsinə mane olmaq və enerji dəhlizlərinə nəzarət etmək durduğunu bildirirlər.



Tehran rəhbərliyi isə şərq sərhədlərində hava hücumundan müdafiə sistemlərini aktivləşdirərək bütün istiqamətlərdən gələ biləcək zərbələrə qarşı "atəş çəmbəri" konsepsiyasını dövrəyə salıb. Ekspertlər vurğulayırlar ki, İranın mümkün parçalanması Türkiyəyə doğru kütləvi miqrasiya axınına və sərhədyanı bölgələrdə terror qruplaşmalarının yerləşməsinə yol aça bilər.


Xüsusilə PJAK silahlılarının türk-İran sərhədinə yerləşdirilməsi cəhdləri rəsmi Ankara üçün milli təhlükəsizlik prioriteti kimi diqqətlə izlənilməlidir. Bu kritik vəziyyətdə regionun əsas güclərinin strateji maraqlar naminə qarşı-qarşıya gəlməməsi böyük əhəmiyyət kəsb edir.