Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Postxronika.az xəbər verir ki, paytaxtda havanın temperaturu gecə 3-5, gündüz isə 11-16 dərəcə isti təşkil edəcək. Azərbaycanın bölgələrində də hava şəraiti əsasən yağıntısız keçəcək, lakin bəzi yerlərdə duman müşahidə olunacaq. Aran rayonlarında gündüz 12-17 dərəcə isti, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq. Gecə saatlarında dağlarda 0-5 dərəcə şaxta qeydə alınacaq.