Brüsseldə keçirilən fövqəladə iclasda Avropa İttifaqı ölkələrinin nümayəndələri Ukraynaya ayrılacaq növbəti maliyyə tranşını müzakirə ediblər.
Postxronika.az xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, rəsmi qərarın günün ikinci yarısında elan edilməsi gözlənilir. Yeni yardım paketi əsasən enerji infrastrukturunun bərpasına və humanitar ehtiyaclara yönəldiləcək. Almaniya və Fransa rəsmiləri prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Macarıstan tərəfinin bəzi maddələrə etiraz etdiyi bildirilir. Yekun sənədin axşam saatlarında imzalanması planlaşdırılır.