Süni intellekt nəhəngi "OpenAI" şirkəti ən son texnoloji yeniliyi olan GPT-5 modelini ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Postxronika.az xəbər verir ki, şirkətin rəsmi bloqunda yayılan məlumata görə, yeni sistem daha sürətli emal gücünə və təkmilləşdirilmiş məntiqi mühakimə qabiliyyətinə malikdir. Texnologiya dünyasında böyük maraqla gözlənilən təqdimat mərasimi gələn ay San-Fransiskoda baş tutacaq. Mütəxəssislər yeni modelin proqramlaşdırma və yaradıcı sahələrdə inqilabi dəyişikliklər edəcəyini bildirirlər. "Microsoft" rəhbərliyi də bu layihəyə əlavə investisiya yatırdığını təsdiqləyib.