Pakistan rəhbərliyi təhlükəsizlik risklərini nəzərə alaraq öz vətəndaşlarına İran İslam Respublikasına səfər etməklə bağlı xəbərdarlıq edib.
Postxronika.az xəbər verir ki, rəsmi İslamabad vacib olmayan bütün səfərlərdən çəkinməyi tövsiyə edib. Hazırda qonşu ölkədə olan pakistanlılardan isə son dərəcə ehtiyatlı olmaq və hərəkətlərini məhdudlaşdırmaq tələb olunur. Həmçinin, vətəndaşlara ölkənin diplomatik nümayəndəlikləri ilə davamlı təmasda qalmaq tapşırılıb.