Dövlət Gömrük Komitəsində növbəti kadr islahatı aparılıb.

Postxronika.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramin Seyidov Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Seyidov bu təyinatadək Astara Gömrük İdarəsində çalışıb.