ABŞ Prezidenti Donald Tramp İranda davam edən kütləvi etiraz aksiyalarına münasibət bildirərək rəsmi Tehranı sərt şəkildə xəbərdar edib.
Postxronika.az xəbər verir ki, Ağ Ev rəhbəri İran hakimiyyətinin nümayişçilərə qarşı güc tətbiq etməməli olduğunu vurğulayıb. O, Vaşinqtonun prosesləri diqqətlə izlədiyini və Tehranın hazırda "çox ciddi çətinliklər" içində olduğunu qeyd edib. Beynəlxalq müşahidəçilər aksiyaların miqyasının getdikcə genişləndiyini bildirirlər. ABŞ hökuməti insan haqlarının qorunmasının və sərbəst toplaşmaq azadlığının vacibliyini önə çəkib.