The Princess Bride filminin ulduzu Cary Elwes, rejissor Rob Reiner və onun həyat yoldaşı Michele Reinerin 14 dekabrda vəfatından sonra duyğulu paylaşım edib.
Postxronika.az xəbər verir ki, aktyor Instagram hesabında filmin 1987-ci il çəkilişlərindən görüntülər paylaşaraq Reiner-ə ehtiramını bildirib.
Elwes qeyd edib ki, Rob Reiner ilə ilk dəfə 24 yaşında “The Princess Bride” filminin çəkilişləri zamanı tanış olub və elə ilk görüşdən ona böyük hörmət və sevgi bəsləyib. Aktyor əlavə olaraq vurğulayıb ki, Reiner onu Westley roluna seçməklə karyerasında həlledici bir fürsət yaradıb.
Aktyor rejissoru səmimi, mərhəmətli və insanları maddi statusuna görə deyil, “yaxşı insan” olub-olmamasına görə dəyərləndirən biri kimi xatırlayıb. Elwes həmçinin Reiner-in tez-tez təkrarladığı kino fəlsəfəsini xatırladıb: filmin tamaşaçıya təqdim edildikdən sonra artıq onlara məxsus olduğunu, amma çəkiliş prosesinin yaradıcı üçün həyati dəyər daşıdığını.
Cary Elwes-in paylaşımı Hollivudda Rob Reiner-in həm böyük rejissor, həm də dərin insani keyfiyyətlərə malik şəxs kimi xatırlandığını bir daha göstərib.