Las-Veqasda keçirilən "CES 2026" sərgisində texnologiya dünyasının son yenilikləri, o cümlədən gələcəyin ev cihazları nümayiş etdirilib.

Postxronika.az xəbər verir ki, tədbirdə "LG Electronics" şirkəti tamamilə simsiz işləyən və divara kağız kimi yapışan "OLED evo W6" modelini təqdim edib. Cəmi 9 mm qalınlığında olan bu cihaz ən yeni süni intellekt prosessoru ilə təchiz olunub. Eyni zamanda "Nvidia" şirkəti "fiziki süni intellekt" adlanan inqilabi robot texnologiyalarını sərgiləyib. İştirakçılar həmçinin məişət işlərini müstəqil yerinə yetirən yeni nəsil ev robotlarına böyük maraq göstəriblər.