ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşü yüksək qiymətləndirib.

Postxronika.az xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında Zelenski ilə görüşünün çox yaxşı keçdiyini bildirib. O, Ukrayna Prezidentinə müharibəyə son qoymağın vacibliyini çatdırdığını söyləyib.

“Mən Prezident Putinlə də, Prezident Zelenski ilə də yaxşı yola gedirəm. Ona dedim ki, müharibəyə son qoymaq istəyirəm. Müharibəyə son qoymaq lazımdır”, – deyə Donald Tramp vurğulayıb.