Birləşmiş Millətlər Təşkilatı (BMT) cari il üçün dünya iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı yeni hesabat yayıb.

Postxronika.az xəbər verir ki, qurumun təhlillərinə əsasən, qlobal iqtisadi artımın bu il 2,7 faiz təşkil edəcəyi gözlənilir. Bu göstərici pandemiyadan əvvəlki 3,2 faizlik orta səviyyədən xeyli aşağıdır. Sənəddə ABŞ iqtisadiyyatının 2 faiz, Avropa İttifaqının isə 1,3 faiz böyüyəcəyi proqnozlaşdırılır. Ekspertlər geosiyasi gərginliklərin və ticarət məhdudiyyətlərinin inkişafa əsas maneə olduğunu bildirirlər.