İranın dövlət mediası Məşhəd şəhərində SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) generalı Nuralı Şuştərinin oğlu Fərəculla Şuştərinin öldürüldüyünü açıqlayıb.
Postxronika.az xəbər verir ki, SEPAH-a yaxınlığı ilə tanınan Tasnim News onun etirazçılar tərəfindən qətlə yetirildiyini iddia edir. Lakin bu iddiaları təsdiqləyən rəsmi sübutlar təqdim olunmayıb, ölümün dəqiq səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Fərəculla Şuştəri daha əvvəl Səmnan vilayətində qubernatorun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini vəzifəsində çalışıb.