Çin, Rusiya və İran Cənubi Afrika sahillərində birgə hərbi-dəniz təlimlərinə start verib.

Postxronika.az xəbər verir ki , təlimlər dəniz təhlükəsizliyinin gücləndirilməsi, birgə əməliyyatların koordinasiyası və tərəfdaş ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Təlimlər çərçivəsində gəmilərin qarşılıqlı fəaliyyəti, dənizdə manevrlər və taktiki tapşırıqların icrası nəzərdə tutulur.

Rəsmi qurumlar təlimlərin müddəti və miqyası ilə bağlı hələlik əlavə detalları açıqlamayıb.